Açıq Azərbaycan

Onlayn jurnal

PİLATUS BANKDAKI AZƏRBAYCAN İZLƏRİ İTİRİLİR

07.05.2018 / Azərbaycan prezidentinin ailəsinə bağlı şirkətlərin sahibliyi Maltadan Yeni Zelandiyaya köçürülüb

Ötən ilin oktyabrında, Maltalı jurnalist Daphne Caruana Galizianın qətlindən bir neçə gün sonra Avstraliyalı bir biznesmen Azərbaycan prezidentinin ailəsi ilə əlaqəsini faktiki olaraq gizlədən bir addım ataraq Maltadakı milyonlarla dollar dəyərindəki şirkətlərin sahibliyini Yeni Zenlandiyaya köçürüb.

Bununla bağlı Avstraliya Maliyyə İcmalı (Australian Financial Review) yeni məqalə dərc edib.

Müəllif Neil Chenoweth yazır ki, Yeni Zenlandiya köçürməsi Avstraliya maliyyə icraçısı Kenneth Ross Hetherington təsdiqindən sonra Avropa Bankı (European Bank Authority) avtomobilində bomba partlayışı nəticəsində qətlə yetirilən jurnalist Daphne Caruana Galizianın bir ay əvvəl araşdırma yazılar həsr etdiyi Pilatus Banka qarşı ilkin istintaqın başlandığını elan etdi.

Xəbər saytına müsahibə verən Yeni Zenlandiyanın maliyyə məsləhətçiləri Maltada vergidən azad olan şirkətlərin Avstraliyada yeni sahibliyinin yaradılmasına təəccüblərini ifadə ediblər. Güman edilir ki, köçürmələr Avropa Bankının istintaq başlatdığı Pilatus bankdakı hesabların kimə məxsus olduğunu gizlətmək üçün edilib.

Avstraliya maliyyə icraçısı sayta müsahibəsindəkonfidensal müştəri məlumatlarını açıqlaya bilməyəcəyini deyib, ancaq Avropa Bankının nəzarətindən yayınmaq məqsədli hər hansı fəaliyyətdə iştirak etmədiyini ifadə edib.

Məlumat verilir ki, Yeni Zenlandiya Daxili İşlər Departamenti Azərbaycan strukturları ilə əlaqələr haqqında əlavə məlumat almaq üçün “Denton Morell” sərvət idarəçiliyi şirkəti ilə görüş planlaşdırdırır. Bu addım ofşor investorların Yeni Zenlandiyadakı mülkiyyət hüququnu gizlətmək üçün atılır. Panama kağızları dərc ediləndən sonra ofşor investisiya qaydaları dəyişsə də, mütəxəssislər düşünür ki, bu imkanlar hələ qalmaqdadır.

Xanım Caurana Galizia Panama Kağızlarını araşdırarkən Avstraliya Maliyyə İcmalı ilə qeyri-rəsmi əməkdaşlıq edib. Xəbər saytı aşkarlayıb ki, Maltanın energetika naziri Konrad Mizzi və baş nazirin aparatının rəhbəri Keith Schembri Yeni Zenlandiyaya aid iki Panama şirkətini əldə etmək üçün “Mossack Fonesca” hüquq firmasının xidmətlərindən istifadə ediblər.

Qətlə yetirilən jurnalist Dubayda Azərbaycan rəsmilərinə məxsus şirkətlərin Pilatus Bank vasitəsilə şübhəli ödənişlərin etməsi ilə bağlı araşdırmaları davam etdirirdi. O bir il öncə Maltanın baş naziri Joseph Muskatın həyat yoldaşının gizli Panama şirkəti olan “Egrant”ın Dubaydakı Azərbaycan şirkətindən 1.17 milyon dollar vəsait əldə etdiyini aşkarlamışdı.

Malta Azərbaycan prezidenti İlham Əliyev və qüdrətli azərbaycanlı nazir Kəmaləddin Heydərovun ailəsinin Avropa boyunca gizli yolla biznes, zavodlar və mülklər əldə etdiyi yerdie. Prezident İlham Əliyevin qızları Arzu və Leyla Əliyevalar şirkətlər şəbəkəsi vasitəsilə Pilatus Bankda 50-dən çox hesaba sahibdirlər. İki avstraliyalı – təcrübəli maliyyəçi Hetherington və təcrübəli mühasib Robert Baker şirkətlərin qurumlasına yardımçı olublar.

Maltanın əsas maliyyə nəzarət qurumu - Maliyyə Kəşfiyyatı Təhlili Qrupu (Financial Intelligence Analysis Unit) Pilatus Bankın hesabları haqqında 2016-ci ildə suallar qaldırıb. Qrupun hesabatında göstərilir ki, bankın 300 milyon dollarlıq aktivlərinin əsas hissəsini Azərbaycandakı səlahiyyətli siyasi şəxslər təmin edir və bankın yüksək dərəcə pul yuma əməliyyatları və terrorizmin maliyyələşdirməsinə cəlb edilmə riski var. Onlar polis araşdırmasının aparılmasını tövsiyə ediblər.

Polis heç bir araşdırma başlatmadı. Maliyyə Kəşfiyyatı Təhlili Qrupunun rəhbəri Mafred Galdes 2016-ci ilin avqustunda istefa verdi. Bank 6 gün sonra qrup tərəfindən təmizləndi.

Xanım Caruana Galizianın qətlinin hər hansı bir şəkildə Pilatus Bank və Azərbaycanın maraqları ilə əlaqəsinə dair hər hansı bir sübut yoxdur. Ancaq onun ölümündən sonra Avropalı parlamentarilər Avropa Bankına Pilatus Bankı, əsasən də Azərbaycan şirkətlərinin hesablarından bəhs edən Maliyyə Kəşfiyyatı Təhlili Qrupunun hesabatı əsasında istintaq aparması üçün təzyiq ediblər.

Əliyev və Heydərov ailələrinin Maltada, Luksemburq və Guersner vasitəsilə Avropa boyunca mülkiyyətlərə sərmayə qoyan 7 ayrı korporasiya qolları var. Onlar iki Malta şirkətinin - “Agyle” Holdinq və “Kimberley” Holdinqin qız müəssiləridir.filiallarıdır.

Bu holdinqlər isə öz növbəsində Maltadakı “Tri Com Service”ə məxsusdur. “Argyle” və “Kimberley” üçün çalışan menecerlərın holdinqlərin kimə məxsus olmasından xəbəri yoxdur, ancaq Malta maliyyə tənzimləyiilərinin bunu birbaşa “Tri Com Service” vasitəsilə yoxlamaq imkanları var.

Ancaq noyabrın 28-də mülkiyyət hüququ Yeni Zenlandiyaya köçürülüb. Robert Bakerin Londonda nəzarətə götürdüyü “Palex Properties Ltd” öz səhmləri ilə birgə Yeni Zelandiyadakı “Kubernao Trust Ltd”yə - Yeni Zelandiyanın “Denton Morrell” etimad şirkətinə transfer olub. Bir həftənin içində Yeni Zenlandiya şirkətinin arxasında gizlənən “Palex” Londonda 29 milyon dollar dəyərində iki mülk alıb.

Noyabrın 30-da isə Hetherington “Argyle” və “Kimberley” holdinqlərindəki payları Yeni Zenlandiyadakı şirkətlərə köçürüb.

Pilatus Bank şübhələrin içində batıb qaldı. Bu ilin martında bankın təsisçisi, əslən İranlı Əli Sədr Haşeminecat Pilatusla bağlı olmayan 115 milyon dollar şübhəli bank köçürməsinə görə ABŞ sanksiyalarını pozmaqda ittiham edilərək Vaşinqtonda həbs edilib.

Yeri gəlmişkən, Malta hakimittəri bankın aktivlərini dondurduğu ərəfədə Azərbaycan şirkətlərinin pullarını çıxarmasından sonra Bankın 125 milyon dollar maliyyəsi qalmışdı.