Açıq Azərbaycan

Onlayn jurnal

SUSDURULMUŞ MEDİA VƏ BLOKLANMIŞ SAYTLAR FONUNDA SEÇKİ

10.04.2018 / Tənqidçilərini susdurmaq məsələsində Azərbaycan hakimiyyəti çox çalışqan və metodikdir

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) öz saytında Azərbaycanla bağlı bloq dərc edib. Bloqda prezident seçkiləri ərəfəsində ölkənin ictimai siyasi vəziyyətindən bəhs edilir.

Müəllif Gulnoza Said yazır ki, öz tənqidçilərini susdurmaq məsələsində Azərbaycan hakimiyyəti çox çalışqan və metodikdir. Aprelin 11-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri öncəsi müxalifət namizədləri ya həbs edilib ya da seçkiyə buraxılmayıb və siyasi səhnə faktiki olaraq narazılığı ifadə edə biləcək bütün formal vasitələrdən təmizlənib.

Jurnalistləri həbs etmək, onları xaricdən oğurlamaq, maliyyə fırıldağında ittiham eləmək, vebsaytları bloklamaq, sosial media profillərini sındırmaq, səyahət qadağaları qoymaq İlham Əliyev hökümətinin müstəqil medianın susdurulması və təndiqi səslərin kəsilməsinə əmin olmaq üçün etdiyi taktikanın bütün siyahısı deyil.

Jurnalistlərin həbsinə görə Azərbaycan ən pis siyahıda yer alır. 2017-ci il dekabrın ayının 1-nə kimi həbsdə olan 10 jurnalist vardı.

Müəllif sonra qeyd edir ki, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə istinadən qeyd edir ki, avqust ayında onun vergi ittihamı ilə həbsdən azad olmasında ABŞ senatoru Drubinin Azərbaycan rəsmilərinə qarşı sanksiya lahiyəsi, ABŞ və beynəlxalq aləmdən olan təzyiqlər vacib rol oynayıb. Senator Richard Durbinin təqdim etdiyi lahiyədə Mehman Əliyevin həbsində əli olanların Amerikaya girişinə qadağaya qoyulması təklif olunurdu.

Mehman Əliyev və bu yaxınlarda Əziz Orucovun azadlığa çıxması 2016-ci ilin may ayında beynəlxalq təzyiq nəticəsində azad edilmiş Xədicə İsmayıldan bu yana ilk belə hadisədir.

Məqalədə sonra deyilir ki, bir çoxları represiya və təzyiqlərdən qaçmaq üçün ölkənin xaricindən fəaliyyət göstərməyə çalışsa da, Azərbaycan höküməti öz sərhədlərindən kənarda da onları susdurmağa çalışır.

2017-ci il may ayında Tbilisidə yaşayan jurnalist Əfqan Muxtarlı yoxa çıxır və iki gün sonra isə o Azərbaycan sərhəd saxlama məntəqəsində peydə olur. Yanvar ayında Balakən Rayon məhkəməsi onu sərhəddi qanunsuz keçməkdə, pul qaçaqmalçılığı və güc strukturlarına müqavimət göstərməkdə ittiham edərək 6 illik həbs edib. Əvvəllər azərbaycanlı siyasi mühacirlər üçün cənnət olan Gürcüstanın güc strukturlarının Əfqan Muxtarlı hadisəsindən sonra Azərbaycan güc strukturları ilə əməkdaşlığı haqqında söhbətlər yayıldı.

2008-ci ildən Hollandiyada yaşayan və bu ölkənin vətəndaşlığını alan müxalif Turan TV-nın əməkdaşı Fikrət Hüseynli deyir ki, daha heç bir yer təhlükəsiz deyil. Fikrət Hüseynli 2017-ci ildə Ukranyada Borispol hava limanında saxlanılıb. O sonra azad olunsa da, pasportu əlindən alınıb və bu yaxınlarda onun Kiyevdəki evinə basqın olub.