Açıq Azərbaycan

Onlayn jurnal

İSTİNTAQ AVROPA ŞURASINDA SİSTEMLİ KORRUPSİYA AŞKAR EDİB

25.04.2018 / Azərbaycan höküməti çirkli pulları insan haqları və demokratik araşdırmaları sarsıtmaq üçün istifadə edib

Avropa Şurası Parlament Assamblesiyası (AŞPA) öz üzvlərinin Azərbaycanla korrupsiya əməllərində iştirak etdiyini, etik qaydaları pozduqlarını ifadə edən istintaq hesabatını dərc edib. Azərbaycan hökümətinin AŞPA-nın keçmiş və indiki üzvləri üzərində böyük təsiri haqda iddialardan sonra AŞPA ittihamları araşdırmaq üçün istintaq qurupu yaratmışdı. Hesabat təsdiqləyir ki, “Azərbaycan pulyuyan maşını” və “Kürü diplomatiyası” araşdırmalarının tərkib hissəsi olan bu ittihamlar həqiqətdir.

İnsan haqqları missiyasının qarşısı alınıb

Hesabata görə korrupsiyada şübhəli bilinən AŞPA üzvləri bir neçə nəfərdir və onlar önəmli adamlardır. 2017-ci ildə istefa vermis, AŞPA-nın prezidenti və Avropa Xalqının Partiyası Qrupunun (EPP) sədri olan Pedro Agramunt korrupsiya əməllərinin iştirakçısı olmaqda şübhəli bilinib. Faktiki olaraq bu əməllərin onun AŞPA-dakı qrupun prezidenti vəzifəsinə qalxmasında rol oynadığı bildirilir. Hesabatda qeyd olunur ki, böyük ehtimalla o gizli sənədləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidovla bölüşüb.

Keçmiş italiyalı parlamentar, AŞPA-da EPP qrupunun əvvəlki sədri Luca Volonte Azərbaycanda siyasi məhbuslarla bağlı Kristofer Ştrasserin hazırladığı hesabatının assableyada qəbul edilməməsinin qarşısının alınmasında əsas rol oynayıb. EPP qrunun rəhbəri kimi onun Azərbaycanla əlaqəli qrupların siyasi mövqelərinə təsir etmək imkanı olub.

Volonte 2012-ci ildə Ştrasserin hesabatı ilə bağlı Müslüm Məmmədovla əlaqədə olub. Həmin vaxt Azərbaycan hökümətinin lobbiçiliyini edən Məmmədov sonradan AŞPA-dakı nümayəndə heyətinə daxil olub. Məmmədov məktubunda Volonteyə Ştrasserin hesabatı ilə bağlı fəaliyyətinə görə təşəkkür edir və yazışmalarını gizli saxlayacağına söz verir. Bütün bunlar göstərir ki, insan haqqları hesabatını çıxdaş eləməkdə Volonte Azərbaycan höküməti ilə əlbir olub.

Bundan əlavə, Volonte 2012-ci ildə Müslüm Məmmədova planlaşdırılan hesabatla bağlı öz “dost”larını lazım olan vəzifələrə necə yerləşdirmək barəsində məsləhət verib. Volonte Azərbaycan hökümətindən AŞPA-dakı deputat Elxan Süleymanovun göstərişinə əsasən Britaniya ofşor şirkətləri vasitəsilə ödənişlər edilməsini etiraf edib. Volonte 2013-2014-cü illərdə Azərbaycan hökümətindən 2 milyon avrodan çox 18 ödəniş alıb. Bunlar korrupsiya faktıdır və AŞPA-nın davranış kodunun kobud şəkildə pozulmasıdır. Hazırda Volonte İtaliyada, Milan məhkəməsində korrupsiyada ittiham olunur.

Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri Arif Məmmədov istintaqa bildirib ki, Elxan Süleymanov və Müslüm Məmmədov AŞPA-da digər korrupsiya əməllərində də iştirak ediblər. Bir çox AŞPA üzvləri Elxan Süleymanovun Azərbaycan hökümətinin maraqlarını təbliğ elədiyinə şahidlik ediblər. Arif Məmmədov bildirib ki, Azərbaycan höküməti Elxan Süleymanovu öz bildiyi kimi xərcləməsi üçün 30 milyon avro ilə təmin edib. Müstəqil araşdırmalar bu ittihamları təsdiqləyə bilməsə də, İtaliyada Volonteyə qarşı başlamış kriminal araşdırma sübut edib ki, Süleymanov və Məmmədov şəxsi bank hesablara əhəmiyyətli dərəcədə böyük məbləğlər köçürüb.

Seçkilərin monitorinqi rüşvət hesabına dəyişdirilib

Digər məşhur korrupsiya nümunəsi keçmiş alman siyasətçi Eduard Lintnerlə bağlıdır. Lintner 2009-cu ildə Almaniyada Azərbaycan-Almaniya münasibətləri lobbi qrupu yaradıb. O 2013-cü ildə Azərbaycana gələn müşahidə missiyasının başçısı kimi, seçkiləri və İlham Əliyevin yenidən prezident seçilməsini Almaniya standartlarında qiymətləndirib. İki həftə sonra o bu xidməti üçün 61 min avro əldə edib.

2012-2014-cü illərdə Lintner Volonteyə pul göndərmiş eyni İngilis şirkəti tərəfindən ümumi 819.5 min avro edən 19 ödəniş əldə edib. Ödənişlər Bakıda Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiayasiyası tərəfindən edilib.

“Kürü diplomatiyası”na qarşı daha ciddi istintaqa ehtiyac var

Hesabat Azərbaycan höküməti adından korrupsiya fəaliyyətində iştirakda şübhəli bilinən başqa adları da siyahıda qeyd edib. Onlardan Stef Goris, Jaakko Laakso, Karin S. Woldseth, Göran Lindblad, Tadeusz Iwinski, Cezar Florin Preda, Robert Walter, Thierry Mariani və Alain Destexhe qeyd olunur.

Destexhe Avropa Seçkilərin Müşahidəsi Akademiyasının effektiv işinə görə məsuldur. O özünün 2016-ci ildə Formula 1 yarışları üçün Azərbaycana səfərinə icazə verilməsi görə müraciət edib ki, siyasi məhbuslarla bağlı bəyanət verə bilsin. Ona siyasi məhbusların seçkilərin monitorinqindən fərqli məsələ olduğuna görə icazə verilməməsindən əsəbləşsə də, ancaq icazə almamasına rəğmən Bakıya gəib. O İlham Əliyevlə görüşüb və sonra siyasi məhbusları qeyd etmədən tədbirin mükəmməl təşkil olunduğunu söyləyib.

Ən maraqlısı təkcə bu qədər çox sayda güclü və yüksək təsirə malik AŞPA nümayəndələrinin korrupsiyada şübhəli olması deyil, həm də müstəqil araşdırma qrupunun necə yumşaq metodla işləməsidir.

Hesabatda deyilir ki, instintaq qrupu “normalda korrupsiya ittihamlarını araşdıran kriminal və intizam orqanlarının malik olduğu gücdən məhrum olub. Araşdırma qrupunun işi yalnız sənədlərdən və bu araşdırmaya əsas yaradan hadisədə adı hallanan adamlardan şifahi sübutların yığılması ilə məhdudlaşıb. İnstintaq qrupu bu işi apararkən işin əlaqəli olduğu tərəflərin tam əməkdaşlığından asılı olub”.

Hesabat əsasən şifahi ifadələrə və İtaliyada Volonteyə qarşı olan kriminal işin qeydlərinə əsaslanıb. Əgər Avropa Şurası daha ciddi istintaq metodlarına imkan versə, “Kürü diplomatiyası”nın tam versiyası aşkara çıxarılacaq. Şübhələrin təbiətini və ciddiyətini nəzərə alaraq Avropa Şurası və onun daimi üzv dövlətləri məsələsinin kökünə çatmaq üçün belə metodların istifadəsinə razılıq verməlidilər. Avropa Şurasının Azərbaycan hökümətinə münasibətdəki fəaliyyəti onun reputasiyasını korlayır və yalnız ancaq açıq, şəffaf və qətiyyətli araşdırma onun sifətini qoruya bilər.