Açıq Azərbaycan

Onlayn jurnal

AVROPA PARLAMENTİ: DƏYƏRLƏRƏ HÖRMƏT ETMƏSƏ AZƏRBAYCANLA HEÇ BİR SAZİŞ OLMAZ

18.05.2018 / Xarici əlaqələrə cavabdeh olan parlamentlərilər Azərbaycanla sazişlə bağlı şərtlər toplusu hazırlayıb

Azərbaycan və Avropa Birliyi əlaqələrinin dərinləşməsi Avropa Birliyi dəyərləri və haqqlarına hörmətdən asılı olmalıdır. Bununla bağlı mayın 16-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri qərar qəbul edib.

Azərbaycanla Avropa Birliyi arasında Hərtərəfli Saziş (EU-Azerbaijan Comprehensive Agreement) haqqında danışıqlarda 56 lehinə, 2 əleyhinə və 7 bitərəf səslə Avropa Parlamentinin deputatları Avropa Birliyi Şurası, Avropa Komissiyası və Xarici Fəaliyyət Xidmətinə tövsiyələr qəbul ediblər:

- Azərbaycan və Avropa Birliyi əlaqələrinin dərinləşdirilməsi demokratiyanın, qanunu aliliyi və yaxşı idarəçiliyin dəstəklənməsi, insan haqqları və fundamental azadlıqlara hörmətdən asılı olmalıdır.

- Avropa Birliyi fundamental dəyərlərinə və hüquqlara hörmət etmədən Hərtərəfli Sazişin ratifikasiya edilməyəcəyini Azərbaycan hakimiyyətinə xatırlatmaq.

- Azərbaycanla gələcək sazişin iddialı və hərtərəfli olacağına, hər iki tərəfə fayda verəcəyinə təminat vermək.

- Azərbaycanın korrupsiya, pulyuma, vergidən yayınma daxil olmaqla iqtisadi cinayətlərə qarşı mübarizəsinə kömək etmək və “Pulyuyan maşın” araşdırmasını dəstəkləmək üçün xüsusi müddəaların hazırlanması.

- Danışıqların yekunundan qabaq Azərbaycanın vicdan və siyas məhbusların azad olunması istiqamətində əhəmiyyətli addımlar atmasını təmin etmək.

- Azərbaycanda dominant siyasi və oliqarx qruplarından azad redaksiyası olan müstəqil və pluralist medianın Avropa Birliyi standartlarına uyğun dəstəklənməsi.

Bundan başqa parlamentarilər Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin dinc həllində rolunun atrılımasını da sənədə daxil edib. Parlamentarilər vurğulayıb ki, Avropa Birliyi ilə münaqişənin hər iki tərəfi arasında imzalanacaq yeni razılaşmalar münaqişənin sülh yolu ilə həllində əhəmiyyətli öhdəlikləri və əsaslı irəliləyişləri nəzərdə tutmalıdır.

Avropa Parlamentinin məruzəçisi Norica Nicolai tövsiyyələrlə bağlı bildirib: “Bu gün biz Avropa Birliyi sərhəddini hər gün daha təhlükəsiz görməyə ehtiyacımız var. Bunun üçün də Azərbaycan da daxil olmaqda Şərq Tərəfdaşlığı ölkələri ilə yaxşı dialoq və əməkdaşlıq vacibdir. Avropa Birliyi təmsilçiləri və Azərbaycan arasındakı səmimi və etibarlı münasibət hər iki tərəfə iqtisadi fayda gətirə və demokratiyanın bu ərazidə möhkəmlənməsini təmin edə bilər.”

Bu ilin iyul ayında Avropa Parlamentinin Strasburqda keçiriləcək sesiyasında tövsiyyələrin tam mətni səsə qoyulacaq.

Azərbaycan və Avropa Birliyi əlaqələri hal-hazırda 1999-cu il Tərəfdaşlıq və Əməkdaşlıq razılaşması əsasında təmzinlənir. Avropa Birliyi Azərbaycanın ilk ticarət tərəfdaşıdır və ümumi ticarətin 48.6 faizini təşkil etməklə ən böyük idxal və ixrac bazarı və ən böyük bir başa investisiya mənbəsidir.